Ürəyinin başı soyular yanğıdan…

Bilmədən üstünə qaynar çay tökmək kimidi
gecə xatirələri…
Necə oldu anlamadan yandırar,
ürəyinin başı soyular yanğıdan.
Nə üfləməklə keçər,
nə də üstünə soyuq su tökməklə.
Üstəlik
Bir gün çəkməz ki!

Bunun neçə-neçə gecəsi var,
Hər gecə göynədib yeri qızarar
Ta qaysaq bağlayanadək özünü xatırladar.
Bir dəfəylə bitsəydi nə vardı…
Qorx ki, yenə tutar sakarlığın
Beləcə
Hər gecə tökərsən qaynar xatirələri üstünə.

Şəfiqə ŞƏFA

Share: