Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məscidinə gəlib.
Müstəqil.Az xəbər verir ki, Türkiyə lideri burada cümə namazı qılacaq.
***
86 il sonra Aya Sofyada ilk dəfə cümə namazı qılınır.
Cümə namazında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Prezidentin müavini Fuad Oqtay, TBMM sədri Mustafa Şəntop, Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun, Dəyanət İşləri naziri Əli Ərbaş, MHP sədri Dövlət Baxçalı və digər rəsmi şəxslər iştirak edir.