Uşaqlar böyüklərdən – “böyük uşaqlardan” öyrənərlər.Deyirlər uşaqlıq saflığını itirməyən insanlar böyük insanlardı və onlar başını göyə qaldıran, səmanı seyr etməyi sevən bir uşaq qədər gözəl olur. Uşaqların da gələcəkdə işıqlı insan olması üçün qarınlarını və zehinlərini doyurduğumuz qədər ruhlarını da bəsləməliyik. Ruhumuzun qidası, aldığımız nəfəsimiz, sevinc mənbəyimizdi demək ki, uşaqlar. İki yaşından başlayaraq nağılları dərk edən olurlar uşaqlar.
Nağıllar onlara hava- su qədər lazımdı, qayğıkeş, ağıllı valideynlər bunu anlayır və övladlarına lap körpə vaxtlarından yaş həcmini nəzərə alaraq nağıllar danışmağa başlayırlar. Onlar həyatı, birdən-birə olduğu kimi uşaqlara göstərmək çətin olduğu üçün bunun nəticəsində uşaq psixikası zədə ala bilmələrindən ehtiyat edərək nağılların onların dünyası üçün nə qədər əhəmiyyətli olduğunu anlayırlar. Nağılların dili sadədi və İstənilən nağılda insanların bir-birinə və ətrafa olan münasibəti, davranışı verilir. Onu başa düşmək üçün uşaq özünü yormur, diqqətini çəkən obrazlar, vacib informasiya isə öz-özünə mənimsənilir, təxəyyülünün inkişafına da müsbət təsir edir. Ən gözəli də həyat, insanlar arasında olan münasibət haqqında ilkin təsəvvürləri formalaşır.Bəzi ailələrdə uşaq daha çox böyüklərin baxdığı seriallara, filmlərə maraq göstərir ki, bu da onların gerçəkliyi qavramasına mane olur, normal inkişafının qarşısını alır, həyata baxışı, təfəkkürü, eqosu dəyişir, getdikcə özü yox ,uşaq ikən böyük təsəvvürə malik olan olur, lazımsız informasiyaları yaşından əvvəl mənimsəyir. Uşaq özü oxumağı öyrənsə belə, onu nağıllardan birdən-birə ayırmaq olmaz. Nağılların birgə oxunması uşaqlar və böyüklər arasında münasibətlərə, bir-birini daha yaxşı başa düşməsinə kömək üçün çox faydalıdı. Unutmayaq ki, uşaqlar soruşaraq öyrənirlər, böyüklərdən gördükləri nümunələrdən öyrənərlər, toxunaraq, yaşayaraq öyrənirlər. Onların ürəklərində pislik yoxdur. pislikləri dərhal unudarlar. Kin tutmurlar. Uşaqlar fərqli olmağı gözə alarlar, fərqli olmaqdan çəkinməzlər. Tənqidi qəbul edər, sizə qulaq asarlar. Səhvsiz hərəkət etməyə vərdişləri də yoxdu. Səhvlərdən doğruları öyrənər, yeni kəşf etmə anlamına gələrlər. Uşaqları pislik, səhv, bədbəxtliklə məhdudlaşdırmaq olmaz. Nə öyrənsələr də böyümüş uşaqlardan mənimsəyərlər. Öz uşaqlıqlarını unutmuş böyüklərdən öyrənərlər.Təhqirə məruz qalmayan uşaqlar şəxsiyyət kimi yetişir, özünü bir insan kimi qəbul edərlər. Alışmayıblarsa məruz qalanda sarsılar, həyatın girdabına tuş gəldiyini anlar, kiçik depresiya da məruz qalma ehtimalları olar.Yaşa dolduqca bunun həmişə belə olduqlarına özlərini inandırarlar.
Bir çox insanlarda inam hissi anadangəlmə mövcud olduğu halda bəziləri bu xüsusiyyəti şüurlu şəkildə formalaşdıra, düşüncə tərzini və həyat haqqında baxışlarını dəyişərək özünə inamı yarada bilir.Uşaqlığını unutmuş olanlar, içindəki uşağı öldürmüş olanlar, HƏTTA ÖZ UŞAQLARINA DA uşaqlığını unutdurarlar. Qəlbində mərhəmət, sevgi, xeyirxahlığı, dürüstlüyü hələ də bütün bu müdhiş, çalxalanmış dünyamızın girdabına, eybəcərliklərinə hələ də məruz qalmayan ümid, inam dolu insanlardan güc alar və yaşamağa dəyər anlamı ilə ayaqları üzərində dayanmağa çalışar və bütün bu insanı keyfiyyətləri özündə saxlamış “böyük uşaqlar” dan uşaq xislətlilərdən həyat eşqini, insanlara həqiqi saf münasibəti öyrənə bilərlər. Həyata saf uşaq baxışları ilə baxmağa çalışa bilsək, O zaman ömrümüz cənnətə dönər.
Psixiatr Kamal Səlimov