Daşınma yolu ilə tərkibinə qida əlavələrinin daşınmasına yol verilməyən qida məhsullarının siyahısı müəyyənləşib.
-nın xəbərinə görə, bu, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiqlədiyi “Qida əlavələrinə dair sanitariya norma və qaydaları”nda əksini tapıb.
Həmin qida məhsulları aşağıdakılardır:
– Ət hazırlıqları istisna olmaqla, emal olunmamış qida məhsulları
– Bal
– Heyvan və ya bitki mənşəli emulsiya edilməmiş bərk və duru yağlar
– Kərə yağı
– Dad-aromatik maddələr əlavə edilməmiş pasterizə və strelizə edilmiş (UHT də daxil olmaqla) süd və dad-aromatik maddələr əlavə edilməmiş sadə qaymaq (yağı azaldılmış qaymaqlar istisna olmaqla)
– Fermentləşdirildikdən sonra termik emal olunmamış, dad-aromatik maddələr əlavə edilməmiş süd məhsulları
– Dad-aromatik maddələr əlavə edilməmiş ayran (sterilizə edilmiş ayran istisna olmaqla)
– Təbii mineral sular, bulaq suyu və bütün digər qablaşdırılmış sular
– Qəhvə (dad-aromatik maddələr əlavə edilmiş həll olunan qəhvə istisna olmaqla) və qəhvə ekstraktarı
– Dad-aromatik maddələr əlavə edilməmiş çay yarpaqları
– Şəkər
– Quru makaron məmulatları, qlütensiz və (və ya) yüksək zülallı pəhriz üçün nəzərdə tutulmuş makaronlar istisna olmaqla
– Körpələr və erkən yaşlı uşaqlar üçün qida məhsulları, o cümlədən körpələr və erkən yaşlı uşaqlar üçün tibbi məqsədli qida məhsulları