“Uşaqlarda dilaltı pərdə kəsilməməlidir”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, loqoped Aygün Ələkbərova Nazirliyin “Instagram” səhifəsində canlı yayım zamanı uşaqlarda nitq qüsurları barədə məlumat verərkən deyib.
A.Ələkbərova bildirib ki, dilaltı pərdənin kəsilməsi üçün ciddi maneə olmalıdır:
“Əgər dil iki dişin arasında qalırsa, iki yerə bölünüb qatlanırsa, o zaman cərrahi əməliyyat tövsiyə edilir. Lakin dilaltı pərdə hər zaman kəsilə bilməz. Dilaltı pərdəsi olan uşaqlar nitqi anlayır, rahat danışırlar. Bu, uşaqların danışığına problem yaratmır, sadəcə olaraq, bəzi hərflərin tələffüzü zamanı çətinlik yaşayırlar. Təəssüf ki, bəzi qeyri-peşəkar həkimlər uşaqlarda dilaltı pərdənin nəyə çətinlik yaratdığını araşdırmadan birmənalı, ehtiyac oldu-olmadı kəsilməsini tövsiyə edirlər”.
Könül Cəfərli