ÜST COVID-19-un ortaya çıxması ilə bağlı araşdırmaları davam etdirir

ÜST COVID-19-un ortaya çıxması ilə bağlı araşdırmaları davam etdirir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinə təzyiq edərək, onun rəhbərliyindən koronavirus infeksiyasının mənşəyi haqqında daha çox məlumat tələb edir.

Bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Bundan əlavə, ÜST-ün başqa bir araşdırma aparmaq üçün öz komandasını regiona göndərə biləcəyi vurğulanır.

Təşkilat təxminən dörd ildir ki, virusun mənşəyi haqqında məlumatlar verməsi üçün Pekinə təzyiq göstərir.

“Biz artıq onların bizə məlumat verməsi üçün yazılı sorğu ilə müraciət etmişik. Onlar bizə bunu etməyə icazə verərsə, biz də həmçinin komanda göndərməyə hazırıq”, – deyə ÜST-ün baş direktoru əlavə edib.

Eyni zamanda, Qebreyesus hesab edir ki, zaman keçdikcə koronavirusun yaranması və mənşəyi ilə bağlı cavab almaq mümkün olacaq. Virusun yaranması ilə bağlı müxtəlif versiyalar hələ də nəzərdən keçirilir, xüsusən onun heyvanlardan insanlara keçməsi və mümkün laboratoriya sızması qeyd edilir.

Mənbə: Financial Times

Share: