ÜST-dən ŞAD XƏBƏR: Plan qüvvəyə mindi

ÜST-dən ŞAD XƏBƏR: Plan qüvvəyə mindi

Ümumdünya Səhiyyə Təşkilatından dünyanı ümidləndirən açıqlama gəlib.

Müstəqil.az xəbər verir ki, ÜST-nin Baş katibi Tedros Adhanom Qebreyesus ötən ildən bəri dünya miqyasında koronavirusa yoluxmaların yarıbayarı azaldığını açıqlayıb.

Baş katib bildirib ki, COVID-19 ilə mübarizə üçün ilk Strateji Hazırlıq və Müdaxilə Planı (SPRP) çərçivəsində 1 milyard 700 milyon dollar toplanıb. Bu məbləğin 90 faizdən çoxu ehtiyacı olan ölkələrə paylanıb və pandemiyanın ön cəbhəsində yer alan sahələr maliyyə ilə təmin edilib.

Tətbiq edilməyə başlanan 2021-ci ilin Strateji Hazırlıq və Müdaxilə Planı barədə də danışan Qebreyesus planın 6 əsas hədəfə fokuslandığına diqqət çəkib: “Bunlar yoluxma və təması azaltmaq, yanlış maarifləndirmə və dezinformasiyanın qarşısını almaq, müdafiəsizləri qorumaq, ölüm və xəstəliyi azaltmaq, vaksin, diaqnoz və yeni vasitələrə əlçatanlığı sürətləndirməkdir”.(Publika.az)

Share: