İmişlidə karxanada ustanın ağır xəsarət alması ilə nəticələnən partlayış olub.
Bu barədə “Qafqazinfo”ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 12-si saat 17 radələrində Bəhrəmtəpə qəsəbəsində yerləşən “Türkaz” MMC-yə məxsus qum-çınqıl karxanasında təmirçi işləyən 1990-cı il təvəllüdlü İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.