Uzaq Səfərlər kapitanının Türkiyədəki dəhşətli yanğınlara münasibəti

Uzaq Səfərlər kapitanının Türkiyədəki dəhşətli yanğınlara münasibəti

Qardaş Türkiyədə baş verən yanğın bütün tərəqqipərvər xalqları rahatsız etmişdir. Azərbaycan dövlətinin bu faciəyə dərhal münasibət bildirməsi, kömək əlini əsirgəməməsi, faciəni öz faciəmiz kimi hiss etməsi, insanlarımızın bu yanğınlara qarşı bu qədər həssas olması, Türkiyə, sənin meşələrin yanır, bizim ürəklərimiz deməsi kədərin, faciənin paylaşılması deməkdir. Azərbaycanlı dənizçi, Uzaq səfərlər Kapitanı, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin Abu-Dabidəki nümayəndəsi  Nazim Həbibovun da bu acıdan qaynaqlanan, hər birimizin ürək yanğısını ifadə edən yazısı Müstəqil.Az-a təqdim olunub. Yazını yayınlayırıq.

 

İşimlə bağlı dünyanın bir çox dəniz sularında  səyahətlərim olub. O cümlədən də Türkiyəyə məxsus  dəniz sularında.
Yaxşı bilirik ki, Türkiyə Respublikası üç tərəfdən dənizlə əhatə olunub; Şimaldan Qara dəniz, Cənubdan Aralıq dənizi, Qərbdən isə Egey dənizləri ilə.

Bosfor,  Dardanel boğazları və Mərmərə dənizi Türkiyənin Avropaya və Asiyaya aid olunan hissələrini bir-birindən ayırır. Qeyd etdiyim ərazilərin bəzilərindən keçmək mənə də qismət olub və hər dəfə də Türkiyənin möhtəşəmliyi, əsrarəngizliyi məni, eləcə də üzən gəmi heyətimi məftun edib. O ərazilərdən keçəndə həmişə bir doğmalıq, istilik hiss etmişik, özümüzü Vətənimiz də, dogma Azərbaycanımızda olduğumuz kimi hiss etmişik.
28 İyulda Türkiyədə baş vermiş meşə yanğınları, bütün türkdilli xalqlar, dünyanın bütün humanist insanları kimi biz dənizçiləri də dərindən sarsıtdı. BU bədbəxt hadisənin baş verməsinin nə qədər acılı və ağır olmasını ifadə etmək çətindir, akin bu dəhşətlin bizə yaşatdığı  bir qürur hissi də bizi, türksevərləri əhatə edir. Otuzillik işğaldan torpaqlarımızı azad etmək üçün bizdən mənəvi dəstəyini əsirgəməyən Türk bacı-qardaşlarımızın kədərinə Azərbaycan Hökuməti, Azərbaycanın mərd, igid oğulları və bütövlükdə Azərbaycan xalqı biganə qalmadılar. Bu hjəqiqətən də iki dövlət və bir millət olmağımızın bariz nümunələrindən biridir.

Mən dənizçiyəm.
İnaniriq ki , Antaliyadan başlanmış və onun digər (Manavqat, Marmariz, Bodrum, Adana, Mersin) yaşayış məntəqələrinə yayılmış yanğın Allahın köməyi ilə tezliklə sönduruləcəkdir.
Təəssüflər olsun ki, bas vermiş fəlakət nəticəsində insanlar həlak olmuş, xəsarət almış,minlərlə heyvan və bitki örtüyü məhv edilmişdir.
Adətən yanğınlar müxtəlif səbəblərdən bas verir , Türkiyədə bas vermis bu yanğının əsl səbəbi məlum olmasa da, bir məlum həqiqət var ki, Türkiyə gündən-günə inkişaf edən iqtisadiyyatı, diplomatik əlaqələri sayəsində regional güc olaraq tanınır. Bəlkə də bu faciənin kökündə də bu amil durur…
Kökündə hansı səbəb dayanmasından asılı olmayaraq, inanırıq ki, Türkiyə bu sınaqdan da ,həmişə olduğu kimi üžûağ çıxacaqdır.

Mən dənizçiyəm.
Biz də , Azərbaycanlı dənizçi qardaşları da bir daha türk bacı-qardaşlarımıza səslənirik ki, Azərbaycan xalqı, xüsusilə də Azərbaycan dənizçiləri hər zaman olduğu kimi, bu gün də türk xalqının yanındadır.
Bu gün bütün dünya bir daha Azərbaycan və Türkiyənin əbədi birliyinə, əbədi qardaşlığına əmin oldular.
Allah türkə hər zaman yardımçı olsun!
Yaşa Azərbaycan Türkiyə birliyi!
Deyirlər meşələr çox olan yerdə, qəbiristanlıqlar az olar , təbii ki, hər kəs sağlam düşüncəyə malik olsa…
Sonda isə, bir neçə gündür Türkiyədə bas vermiş meşə yanğınları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan dənizçiləri və şəxsən öz adımdan dərin hüznlə baş sağlığı verir yaralılara Allahdan şəfa diləyirəm.

 

Share: