PAYIZ
Yay qurtarır, payız gəlir,
Xəzan dolur baxça – bağa.
Hər tərəfə ayaz gəlir,
Bulud gəlir yağa-yağa.
Quşlar çimir budaqlarda,
Çırpınaraq orda – burda,
uçur, qaçır yuvalara,
Payız qonur havalara.
Duman gəzir düzdə- dağda,
bulud uçur hey uzaqdan,
şimşək çaxır belə çağda
yay köçünü yığır bağdan.
Layihəni Kamalə ABİYEVA təqdim edir