“Uzaqdan bir şeir” layihəsində PAŞA ƏLİOĞLU

 

       Ana sənin övladın döyüşlər
                                                  qoynundadır,

                               Döyüşlərin dalğası onun
                                                fil boynundadır.

                               Onun başı altına gül yastıq
                                                 qoyma əbəs,

                                                   Oğulsa, yata bilməz.

                                                             Xəlil Rza Ulutürk

*****

Bütün əsir ölkələrdə
analar yuxusundan oyanıb
vətənini azad görəcək…
Qos- qoca torpaqlar
nəfəs alacaq
ulu savaş əsgərlərinin
yorğun və ağır
qanıyla bir.
Köhnə xəritələri
qiymətdən salacaq
igidlərin qanı.
Anam, o gün
gül yastığını qoyacağıq
ürəyi gülləli,
gözləri açıq
bir vətən əsgərinin başı altına.
Əsir torpaqlar
azad olacaq üfunətdən-
Dünya gül – çiçək qoxuyacaq.


Layihənin Kamalə ABİYEVA təqdim edir

Share: