Şahnaz Şahin
ÜZÜ ŞUŞAYA
Esse
Müharibə.., bu sözün xüsusi aurası var, adı kimi tutumu da ağırdır. Bu sözü ilk dəfə anamdan eşitdim uşaq vaxtı, gətirdiyi bəlaları, itkiləri, aclıq və fəlakətləri dərk etməyə çalışdım. Amma onda müharibə bitmiş, xatirələri qalmışdı, insanlar artıq müharibənin gətirdiyi maddi çətinlikləri aradan qaldırmış, ölkə hər sahədə yüksələn xətlə inkişafda idi. Amma onun vurduğu mənəvi zərbələr zehinlərdə qalır, bir ehtiyatsız toxunuşla ağrıları təzələnirdi. Cəbhədən min km-lərlə uzaqda olmağımıza baxmayaraq o, öz yırtıcı caynaqlarını hər yerə uzada bilmişdi. Bizim kəndin də say seçmə oğlanları cəbhəyə getmiş və əksəriyyəti qayıtmamışdılar. Qonşumuz Xədicə nənənin oğlu Abbasın heç qara kağızı da gəlməmişdi, ona görə ta ölən günə kimi yol gözlədi. Gözləməkdən gözlərinə qara su gəldi, amma Abbas gəlmədi, dünyadan Abbas deyə-deyə getdi Xədicə nənə…
Vətən anlayışım da geniş idi o zaman, on beş respublikanı birləşdirən böyük, güclü SSRİ-nin bir hissəsiydik, təbliğat maşını da öz işini görməkdə idi. Bir ömür içərisində qismətimizə çox şey düşdü, o, böyük və qüdrətli dövlətin süqutunu da gördük, doğma Azərbaycanımızın müstəqilliyini də. Müstəqilliyimizə dikilən mənfur düşmən baxışlarının da şahidi olduq, ona sarı uzanan murdar əllərin də. Azərbaycanın inkişafını qəbul edə bilməyən, hər an, hər dəqiqə milli müstəqilliyimizi sarsıtmağa çalışan düşmənləri də tanıdıq. Əsrlərlə Azərbaycana qarşı torpaq iddiasında olan, imkan tapdıqca bir parça qoparan murdar erməni bu dəfə daha həyasızcasına iş başına keçdi. Yeni yaranan, hələ addımları möhkəmlənməyən Müstəqil Azərbaycan dünyaya səpələnmiş, öz yurdu-yuvası olmayan, qonşu dövlətlərin torpağı hesabına dövlət yaradan, insanlarda məharətlə “yazıq ” obrazı formalaşdıran və həmişə də istədiyinə hiylə və küy-kələk salmaqla nail olan ermənilərlə açıq şəkildə üzbəüz gəlməli oldu. Bu dəfə onlar istəklərində daha irəli gedərək ölkəmizin cənnət guşəsi Qarabağı özününkü etmək istəyirdilər…
Qisas deyib durub gör neçə ildi,
Məzarı dağılan ruhlar çağırır.
Aparır qan izi üzü Şuşaya,
Didilmiş bədənlər, başlar çağırır.
1988-1990-cı illərdə öz yalanına başqalarını da inandıra bilən və bu işdə ətrafına havadarlar da toplayan erməni vandalları dinc yerli azərbaycanlıları əsrlərcə yaşadıqları doğma Qarabağ torpaqlarından qovub çıxarmağa nail ola bildi. İnsanlar llərlə tikib yaratdığı ev-eşiyindən didərgin salındı. Şəhər və kəndlər dağıdıldı, qarət edildi, günahsız insanlar, qadınlar, uşaqlar öldürüldü, yüzlərlə uşaq və böyük, qadın və kişi əsir götürülərək min bir əzab və işgəncəyə düçar oldular… Yenicə yaranan ordumuz da bu döyüşlərdə az itki vermədi, amma o zamankı vəziyyət, ordunun formalaşmaması, pərakəndəlik, ölkə daxili çəkişmələr, orduya rəhbərlik edənlərin özünün bacarıqsızlığı və səriştəsizliyi torpaqların bir-birinin ardınca itirilməsinə səbəb oldu…
Amma indi dövran dəyişmiş, dövlətimiz aradan keçən 30 ilə yaxın bir dövrdə güclənmiş, inkişaf etmişdir. İndi dünyanın siyasi xəritəsində Azərbaycanın da mövqeyi bambaşqadır. Qüdrətli Azərbaycan ordusu bu gün ən inkişaf etmiş dövlətlərin ordusu ilə bir sırada dayana bilən gücdə və qüdrətdədir. Dövlət Başçısının uzun illər ərzində apardığı uğurlu daxili və xarici siyasəti öz nəticələrini verir.
Sevinir hər çiçək, hər yarpaq, hər gül,
Bu qaya səsləyir, o dağ çağırır.
Murovdan o üzə süzür xəyalım,
Bütün varlığıyla torpaq çağırır.
Atəşkəs dövründə də öz işğalçı siyasətindən əl çəkməyən ermənilər bu gün öz acı və çirkin əməllərinin barını dərir. Dəfələrlə işğal etdiyi torpaqlarımızı qaytarmaq üçün aparılan sülh yönümlü danışıqlara, bu işdə illərlə digər dövlətlər və qurumların da gördüyü işə əhəmiyyət verməyən, çıxarılan qərar və qətnamələri pozaraq öz murdar niyyətlərini həyata keçirməkdə israrlı olması son nəticədə zərbənin özünə tərəf çevrilməsinə gətirib çıxardı. Şeyx Şamil söyləyirdi ki, həmişə sülh tərfdarı ol, amam müharibəyə də hazır ol. Elə uzun illər qarşı tərəfi sülhə dəvət etsə də bundan lazımi nəticə əldə etməyən Azərbaycan dövlətinin də sülh üçün müharibə etməkdən başqa yolu qalmadı. Bu gün artıq neçə gündür ki, rəşadətli ordumuz Müstəqil Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin verdiyi əmrə əsasən 30 ilə yaxındır ki, işğal altında olan doğma torpaqlarımızı düşməndən azad etmək üçün döyüşür. Mərd oğullar cəbhəyə könüllü gedir, insanlar cəbhə xəbərlərini intizarla izləyir, böyük həsrətlə qələbə sorağını gözləyirlər. Qüdrətli Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən ermənilər papaqlarını da hərbi və döyüş sursatları kimi qoyub qaçırlar!
Səngərdən səngərəqonur quş kimi,
Müzəffər ordunun qalib əsgəri.
Başının üstündə üçrəngli bayraq,
Yıxır sərhədləri, aşır sədləri.
Qələbə üçün bizə dövlət olaraq uzun illər lazım gəldi, hansı ki, bu vaxt ərzində səbir etdik və gücləndik. Səbir etməyə isə dəyərdi, axı düşməni tanımaq da qələbəni yaxınlaşdıran amillərdəndir ki, dünya da, xalqımız da düşmən erməni millətini artıq yaxşı tanıyır. Bəli, erməni xisləti qorxaq, etibarsız, yalançı, hiyləgər, tamahkar və hay-küyçü olması ilə fərqlənir.
…Deyirlər ən pis şərtlərlə bağlanan sülh, ən yaxşı müharibədən yaxşıdır. Amma “Böyük məsələlər qətnamə və danışıqlarla deyil, dəmir və qanla həll edilir,” deyirdi Otto Fon Bismark.
Insantək dil açır hər cığır, hər iz,
Cəngi haraylayır, Segah çağırır.
Get sənə, igidim, uğurlar olsun,
Səni o müqəddəs sabah çağırır.!(Ş.Şahin)
Müstəqil.AZ