Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası dəyişir

Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası dəyişir

Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası dəyişir

Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası dəyişir.

xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, prokurorun da uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malik olması təklif edilir.

Qeyd edək ki, qüvvədə olan qanuna görə zərər çəkmiş şəxs və müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) belə hüquqa malikdir.

Share: