“Vəsaitimin təhlükəsizliyini təmin etmədiyi üçün birbaşa cavabdeh şəxs Unibankdır…” – Şikayət məktubu

“Vəsaitimin təhlükəsizliyini təmin etmədiyi üçün birbaşa cavabdeh şəxs Unibankdır…” – Şikayət məktubu
Bu gün Müstəqil.Az-ın məktub qutusuna gələn şikayət məktubunu olduğu kimi  nəzərinizə çatdırırıq:
“Mən ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində çalışıram. 2016-cı ildən müəssisə ilə müqaviləyə əsasən maaşımı UniBankdan alıram. Deyə bilmərəm ki, problem olmayıb. Həmin il də bir dəfə 100 manat pulum əskik idi, məni elə borclu çıxardılar ki , öz kimliyimə hörmət edib geri çəkildim. Çıxarış verdilər. Kollecin mühasibatlığına da müraciət etdim. Nə isə… O keçdi…
2021-ci il, 2 dekabrda maaş kartımdan pul çıxartmaq istədim. 1000 manat daxil etdim, alınmadı. 500 manat daxil etdim yenə alınmadı. 50 manat daxil etdim, yenə olmadı. Çıxarış daxil etdim. Hesabınızda 6 manat 21 qəpik pul var, yazıldı. Mühasibatlığa zəng etdim, dedilər pulunu köçürtmüşük banka. Həm onlar müraciət etdi, həm də mən müəllimə yoldaşımla banka getdik.
Mənə çıxarış verdilər ki, sən ABŞ-da oyuna qoşulmusan. Telefonu uzatdım ki, baxın mən hansı oyundan istifadə etmişəm və mənim telefonumdan ABŞ-a, Google tətbiqinə göndərilən mesaj varmı?! Mənə dedilər, sabah gəl, ərizə yaz, baxarıq. Səhərisi getdim, dedilər, biz ərizə qəbul etmirik. Bu vaxta qədər maaş kartımdan heç bir onlayn alış-veriş və digər onlayn xidmətdən istifadə etmirəm. Kartımı heç kimə verməmişəm. 2021- ci ilin avqust ayından etibarən hesabımdan 1300 AZN-ə yaxın pullar silinir və silinmə ilə bağlı heç bir məlumatım olmayıb. Bu hadisə bizim kollecdə təkrar baş verib. Əminən ki, Unibankın təhlükəsizlik sistemindən dolayı belə bir hadisə baş verib.
Bu ilin 29 noyabr və 2 dekabr tarixlərində hesabıma oturmuş bütün pullar hissə hissə ABŞ-a köçürülmüş və bu köçürmələrə müvafiq surətdə 18% ƏDV və bank komissiya da hesabımdan silinmişdir. Bankın səlahiyyətindədir ki, həmin pulları qarşı tərəfdən tələb etsin. Mənim vəsaitimin təhlükəsizliyini təmin etmədiyi üçün birbaşa cavabdeh şəxs Unibankdır, lakin bankın məsul əməkdaşları mənim müraciət etməm üçün mənə şərait yaratmadı.
Mən sizə müraciət etdim ki, həmin bankın müştərisi olan bütün vətəndaşlarımız orada saxlanılan vəsaitlərinin təhlükədə olmasından xəbərdar olsun. Mənim başıma gələn hadisə həmin bankın hər bir müştərisinin də başına gələ bilər.
Zərərçəkmiş şəxs:
Ələkbərova Lətifə Böyükağa qızı
QEYD: Qarşı tərəfin fikirlərini də yayımlamağa hazırıq.
Müstəqil.Az
Share: