Tanınmış teleaparıcı Vəsilə Vahidqızı İctimai Televiziyada (İTV) tutduğu vəzifədən – şöbə müdiri postundan ayrılıb.
Xəbəri Modern.az-a V.Vahidqızı özü də təsdiqləyib. O, İTV-də ştatdan çıxdığını bildirib:
“Diasporla iş üzrə Dövlət Komitəsində işə başladığım üçün İTV-də ştatdan çıxmışam”.
Bu yaxınlarda Diasporla iş üzrə Dövlət Komitəsinə mətbuat katibi təyin edilən V.Vahidqızı İTV-də layihə müəllifi olaraq veriliş aparacağını deyib.
Qeyd edək ki, Vəsilə Vahidqızı 1992-2002-ci illərdə AzTV, 2002-2003-cü illərdə “İnternyus-Azərbaycan” İctimai Birliyində, 2004-cü ildə “Space” TV-də çalışıb.
İctimai Televiziya fəaliyyətə başladığı 2005-ci ildən bu telekanalda çalışıb.
İctimai Televiziyada Anons şöbəsinin rəisi, eyni zamanda “Ortaq məxrəc”, “Müzakirə vaxtı”, “Xalq seçir”, “Qarabağ: real tarix” verilişlərinin aparıcısı olub.
Müstəqil.Az