Vətən müharibəsi ilə bağlı serialın bir neçə bölümü ilin sonuna kimi təqdim olunacaq

Vətən müharibəsi ilə bağlı serialın bir neçə bölümü ilin sonuna kimi təqdim olunacaq

44 günlük Vətən müharibəsi ilə bağlı serialın çəkilməsi prioritet məsələdir.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, Türkiyə şirkəti ilə birgə işlər aparılır.

“Əminik ki, bu ilin sonuna kimi serialın bir neçə seriyasını cəmiyyətə təqdim edəcəyik”,- deyə nazir bildirib.

Share: