Müstəqil.Az xəbər verir ki,bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutundan məlumat verilib.
Kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” layihələrinin maliyyələşdirilməsi üzrə qrant müsabiqəsi çərçivəsində, “Müharibə iştirakçılarının məşğulluq imkanlarının yaxşılaşdırılması istiqamətində təklif və tövsiyələrin hazırlanması” layihəsinin icrası nəticəsində hazırlanıb.
Layihənin rəhbəri və kitabın elmi redaktoru Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevadır. Kitabın həmmüəllifləri iqtisadiyyat elmləri doktoru professor Nazim Müzəffərli, iqtisadiyyat üzrə fəlsəfə doktoru Allahyar Muradov və elmi işçi Mələk Əliyevadır.
Kitab Vətən müharibəsi iştirakçılarının məşğulluq imkanlarının yaxşılaşdırılmasının tədqiqinə həsr olunub. Kitabda ölkəmizdə Vətən müharibəsi iştirakçılarının məşğulluğunun mövcud vəziyyəti tədqiq edilib və yaxşılaşdırılması istiqamətində təklif və tövsiyələr verilib.