Vətən müharibəsi qazisi Elnur Səmədov dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Oxu.az-a onun yaxınları məlumat veriblər.
Bildirilib ki, doqquz aydır leykozdan əziyyət çəkən Elnur Səmədov dünən gecə saatlarında vəfat edib.
Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu.
Qeyd edək ki, Səmədov Elnur Qalib oğlu 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.