“Hazırda müharibə əlillərinin avtomobillə təminatı üçün heç bir növbə yoxdur”.
Müstəqil.Az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, Vətən müharibəsində əlil olan şəxslər də növbəlilik əsasında avtomobillə təmin olunacaq:
“2020-ci ildə əlilliyi olan 400 nəfərə avtomobil verilib”. (oxu.az)