Qəhrəmanlığına görə medallarla təltif olunan əsgərə biganə münasibət

Qəhrəmanlığına görə medallarla təltif olunan əsgərə biganə münasibət

Rüstəmov Səfər Mikayıl oğlu 1991-ci ilin fevral ayının 9-da Ucar rayonunun Alpı kəndində  soyuq qış günüdə anadan olub. Bu kənddə böyüyüb, orta məktəbi bitirib, ordu sıralarında xidmt edib, vətənə layiqli övlad olmaq üçün arzularının ardınca düşüb. Ailəlidir, iki övladı var.

Soyuq qış günündə doğulan, Vətəninə əsl övlad olan, isti münasibəti ilə tanınan Səfərin güzarına, çox təəssüf ki, soyuq münasibətlər düşüb. Bu haqda bir qədər sonra, hələlik qəhrəman qazimizin döyüş yoluna nəzər salaq.

Bu günlərdə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin idarə heyyətinin üzvü, Birliyin mətbuat xidmətinin rəhbəri Fərrux Həmidli Ucar rayonunda olub, qazimizi ziyarət edib.

Öyrənib ki, Rüstəmov Səfər  Vətən müharibəsi başlayanda  könüllü olaraq Ucar rayon Səfərbərlik idarəsinə müraciət edib.

2020- ci ilin sentyabr ayının 29-da isə artıq  Füzuli rayonun yaşayış məskənlərini düşməndən azad etmək üçün dan döyüşlərə başlayıb. Düşmənin məhv edilməsində xüsusi qəhrəmanlığı ilə fərqlənib. Noyabr ayının 7-də Şuşa istiqamətində gedən döyüşlərdə düşmən tankından atılan  mərmidən qəlpə yaraları alıb. İki gün yaralı olaraq döyüş xəttində qalmış, düşmənə qarşı vuruşub.  Noyabrın 10-da igid əsgərimiz Hadrutda tibbi məntəqəyə yerləşdirilmiş və bədənində olan 6  qəlpə aşkarlanmışdır. Həkimlərimiz Ordumuzun Hadrutdakı səyyar tibb məntəqəsində  qəlpələrdən 3-nü çıxartmağa müvəffəq olmuşlar.Sonra əsgər  Füzuli hospitalına yerləşdirilmişdir.

Ötən iilin dekabr aylarının ilk günlərində Papapindəki mərkəzi hospitalına müraciət edən əsgərimizə həkimlər müalicəyə başlasalar da, hələ də bədənində olan 3 qəlpənin çıxarılmasını gerçəkləşdirməyiblər. Həkimlər əsgərin bədənində qalan 3 qəlpəni biz çağırdığımız vaxt gələrsən, bədənindən çıxararıq, deyib onu Hospitaldan müvəqqəti olaraq çıxarıblar.

Dekabr ayının sonları Səfər ordudan tərxis olunub, lakin  bu müddətəcən hosputaldan ona zəng edilməyib. Keçmiş döyüşçünün bədənində olan qəlpələr ona şiddətli ağrılar verdiyindən bu il mart ayının 19- u yenidən Papanin hospitalı adlanan mərkəzi Hospitala müraciət edib. Düşmənə qarşı amansız olan əsgərimizə hospitaldan amansız münasibət sərgilənib. İndi bayram günləridir,  Hospitalda həkim yoxdur. Həm də sən  təxris olunmusan get,  öz şəxsi hesabına müalicəni al və əməliyyatını elətdir, deyiblər.

Bu da bizim insanlarımıza şəfa verməli olan, ağ xalatlı həkimlərinizin 44 günlük Vətən müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərən, “Cəsur döyüşcü”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsinin iştirakçısı” medalları ilə təltif olunan qaimizə münasibət.

Əldə etdiyimiz məlumata görə bu günə qədər Ucar rayon rəhbərliyi, səlahiyyət sahibi olan məmurlardan da heç kəs yralı qalan qazi ilə maraqlanmayıb.

Heç adına “Yaşat” fondu deyilən və əhalimiz tərəfindən könüllü olaraq hesabına vəsait köçürülən fondda əsgərimizin sağlam yaşamasına görə bir addım atmayıb.

Tural Balabəyli

Share: