Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin ilk və tək xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışovanın büstü hazırlanıb.
Müstəqil.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, büst gənc heykəltaraş Müstəqil Balayev tərəfindən hazırlanıb.
Arəstə Baxışova Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində çalışıb.
O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.