Tanınmış millət vəkili,VHP – nin sədri Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyası olaraq dövlətimizin, ordumuzun və əsgərlərin yanında olduğunu bildirib:
Vətəndaş Həmrəyliyi Partiyası olaraq dövlətimizin, ordumuzun və əsgərlərin yanındayıq.
Vətəndaş Həmrəyliyi Partiyası Torpaqlarımızın işğaldan azad olunması üçün tam səfərbərliyə hazır olduğumuzu bildirir, ordumuza güvənirik.
Xalqımızı, vətəndaşları səbrli, təmkinli olmağa, heç bir təxribatlara inanmamağa çağırırıq. Bu gün Azərbaycan xalqının birlik və həmrəyliyinə həmişəkindən daha çox ehtiyac var.
Ordumuz işğaldakı torpaqları azad etmək qüdrətinə malikdir. VHP olaraq bir daha xalqımızı birliyə çağırır, ordumuza və dövlətimizə dəstək olduğumuzu bildiririk.
Müstəqil.Az