İnzibati Xətalar Məcəlləsində (İXM) inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasının pozulması ilə bağlı maddəyə dəyişiklik edilir.
Müstəqil.Az “report”a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, İXM-ni 124.3-cü maddəsinin tələblərini pozaraq həmin xətanı bilavasitə aşkar edən vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər cərimə olunacaq.
Bu inzibati xətaya görə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, İXM-in 124.3-cü maddəsində deyilir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.