“Vətəndaşlığın əlifbası” vətəndaşlara təqdim edildi

“Vətəndaşlığın əlifbası” vətəndaşlara təqdim edildi

Bu ilin dekabr ayının 21-də  Azərbaycan Yazıçılar Birliyi “Natəvan” adına klubda Xalq şairi Sabir Rüstəmxanlının publisistika, elmi-fəlsəfi düşüncələr, xalqımızın taleyi ilə bağlı siyasi təhlillərinin yer aldığı “Vətəndaşlığın əlifbası” adlı kitabının təqdimat mərasimi keçirildi.

www.kultur.az xəbər verir ki, mərasimi giriş sözü ilə Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid açıq elan etdi. O, Sabir Rüstəmxanlının yeni kitabı barədə qısa məlumat verdikdən sonra çıxış üşün sözü Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə verdi. Görkəmli yazıçı “”Vətəndaşlığın əlifbası”nın əsl vətəndaş kitabı olduğunu qeyd edərək, müəllifə yaradıcılıq uğurları arzuladı.

Tədbir iştirakçılarının arzusu ilə növbəti çıxış müəllifə verildi. S.Rüstəmxanlı yeni kitabı barədə oxucularını məlumatlandırdı və “Vətəndaşlığın əlifbası”nı hər bir vətəndaşın oxumasını arzu etdi.

Çıxışçılar – kitabın redaktoru Adil Minbaşı, akademik Teymur Kərimli, Əməkdar jurnalist Zemfira Məhərrəmli, yazıçı və şairlərdən Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Rəbiqə Nazimqızı, Yusif Həsənbəy,  Əlövsət Ağalarov,  Kamran Rüstəmov, Cənubi Azərbaycanın Urmiya şəhərindən tədbirə qatılan Yəqub Üsuli və başqaları Sabir Rüstəmxanli yaradıcılığının Azərbaycan siyasi, ədəbi, mədəni, ictimai tarixində böyük iz buraxdığını qeyd edərək, yazıçıya yeni-yeni uğurlar arzuladılar.

Tədbirin sonunda müəllif yeni kitabını oxucularına hədiyyə etdi və  xatirə fotoları çəkildi.

WhatsApp Image 2022-12-21 at 18.41.04WhatsApp Image 2022-12-21 at 18.41.05 (1)WhatsApp Image 2022-12-21 at 18.41.05WhatsApp Image 2022-12-21 at 18.41.06 (1)WhatsApp Image 2022-12-21 at 18.41.06WhatsApp Image 2022-12-21 at 18.41.07WhatsApp Image 2022-12-21 at 18.41.08 (1)WhatsApp Image 2022-12-21 at 18.41.08 (2)WhatsApp Image 2022-12-21 at 18.41.08WhatsApp Image 2022-12-21 at 18.41.09 (1)WhatsApp Image 2022-12-21 at 18.41.09

Share: