Vətəni paraya satanlara qışqırtı – Şirinxanım Kərimbəyli ŞADİMAN

Vətəni paraya satanlara qışqırtı  – Şirinxanım Kərimbəyli ŞADİMAN

Azərbaycanda yaşayan rusbaşlar və farsbaşlar, bir sözlə yadbaşlar bu ölkənin suyunu, torpağını çörəyini geninə-boluna istifadə edənlər, Vətənimiz Azərbaycandır, onun varlığını qorumaq, onun müstəqilliyinin keşiyində durmaq dinindən, dilindən asılı olmayaraq hər birimizin ümidə ləyaqət  borcudur, ümidə ləyaqət borcumuzu unutmayaq, çünki ləyaqət hissi həm kişi, həm qadın üçün hər bir hisdən ucadadır, özünüzü ucalıqdan düşürüb bizim varlığımızı istəməyən dövlətlərin oyuncağına çevirməyin.

Qələbəmizə şübhə ilə yanaşanlar, Ali Baş Komandanın ətrafında sıx birləşməkdən vaz keçənlər, Qarabağ torpağına boyanmış al qırmızı şəhid qanından utanın, qışdan sonra yaz gələcək, həmən torpaqlarda qırmızı lalələr bitəcək, şəhid qanından o lalələr işğaldan azad olunmuş yurdlarımızdan səmaya boylanacaq,  Allah dərgahına yetmiş şəhid ruhlara gülmüsəyəcək… Şəhid ruhları səssiz məzarlarını öz məsud baxışları ilə nurlandıracaq. Birinci və ikinci Qarabağ müharibəsinin şəhid ruhları, biz sizlərin yaşam hüququnuz qarşısında borcunuzu bir vəchlə ödəyə bilərik. O da Vətənin birliyini qorumaq, işğaldan azad olunmuş yurdlarımızı çiçəkləndirmək, bizi istəməyən düşmənlərə qarşı istər siyasi, istər hüquqi mübarizə əzmində olmaq. Bax budur bizim ümidə vəzifəmiz, bu iki savaşda canını, qanını əsirgəməyən və təsadüflər nəticəsində sağ-salamat  evinə dönən qazilərimizə ülfət hissini əsirgəməyək.

Sentyabrın 27-də başlayan savaş böyük vətən savaşı idi, insanlarımız bir yumruq kimi birləşdi, bir oldu, vətən göylərində 30 il cövlan edən qara buludları qovdu, vətən səması nura boyandı, şəhid ruhlarının nuruna! Bu savaşa yol 30 ildən keçdi, Ramin, Mübariz, Polad hayqırtısından qopdu…içmizdə qübara, ağıya dönən məğlub ovqatımız bir anda yox oldu, həmin 27 sentyabrda! Dərdimizlə dərdbir olan Türkiyəmiz bizi ölüm-dirim savaşında tək buraxmadı, öz mənəvi, siyasi dəstəyi llə can Azərbaycan dedi. Pakıstan haqq işimizə ortaq oldu, qardaş dedi bizə. İsrail yəhudi yurddaşlarımızın səsinə səs verdi, yanımızda yer aldı. Mən siyasət adamı deyiləm, amma söz adamıyam, haqq deyən söz adamlarının da nə dili, nə dilindən çıxan sözü dinc durmaz vətən havasından söz düşəndə! Hamımız öz havamıza yox Vətən havasına köklənməliyik! 44 günlük vətən savaşı bitib, azğın düşməni çökdürmüşük, amma düşmənin arxasında duran ona vəsvəsə verən amansız, imansız dövlət başçılarını və onların çirkin siyasətlərini öz ağlımızla, iradəmizlə düz yola çəkməliyik, Vətən naminə…

Əzim və iradə göstərin, paxıllıq hissini içinizdən qovun, qazanılmış QƏLƏBƏmizə sevgi ilə yanaşın, vətən sevdalıların birliyini içinizə buraxın, parçalanmaya əsla eşq etməyin, fəqət, xainlər müvəqqəti ciblərinə, yaxşı yaşayışlarına nə isə qazansalar da,  amma tarix səhnəsində satqın, millət cəlladları kimi özlərinə yer alıblar və tarixin çirkli səhifələrində iyrənc bir tulantı təki görünüblər, xatırlanıblar. Keçən əsrlərdə yüz illər boyu baş verənlər tarix bilicilərinin və az-çox yaşam ömrünü ayıq keçirən insanlarımızın yaddaşından  silinməyib. Hansısa şirnikləndirci diləklərə görə Vətən eşqini ayaqlamaq bağışlanmazdır!  Zaman belələrini tezliklə xalqın yaddaşından süpürüb atır.

Elə süpürülüb atılmışlar az deyil bizim ölkədə, onlardan özünüzə ibrət götürün. Biz 44-günlük müharibədə birləşməyi bacardıq, gəlin bu birliyi davam etdirək. Kürsü qeylü-qallarından qurtulun, özünüzə gəlin, dünyaya boylanın, 50 milyonluq azərbaycanlıların taleyi də bizim müstəqil dövlətimizdən aslıdır. Özgürlüyümüzü, bayrağımızı, himnimizi, herbimizi qoruyaq! Cib davasından, sərvət azarından qurtulaq, ömrümüzün yaşam dünyamızı ağlımıza, biliyimizə, bacarığımıza kökləyək.

Yutub kanallarında, saytlarda təbəqələşən, özlərini şir, pələng, aslan sayanlar  şəxsi düşmənçilik məngənəsində əzilməyin, Vətən birliyini şəxsi iddialarınıza, lovğalığınıza qurban verməyin. Bizlərin bir VƏTƏNi var o da Azərbaycandır! Dünyanın harasına getsəniz də, içinizdə daima bir niskil kök salacaq, o niskil vətən həsrətidir, gəlin vətənmizi həsrətin ayağına verməyək, bir olaq, birlikdə olaq. Dövlətimizin, dövlət başçımızın yanında olaq, işğaldan azad olunmuş torpaqlara, dirlik, birlik qaytaraq.

Rica edirəm qışqırtıma ağz büzməyin, bu mənim qışqırtım yox bütöv Azərbaycan adlı vətənin qışqırtısıdır! Özgə havalarıyla havalanmayın,  Azərbaycan havasına köklənin…

Şirinxanım Kərimbəyli ŞADİMAN

22.12.2020

Müstəqil.Az

Share: