Vətənin varlğı və müqəddəs itkiləri

Vətənin varlğı və müqəddəs itkiləri

Böyük zəfərlər heç zaman itkisiz ötüşmür, əlbəttə! Bizim Şanlı Ordunun da bu müharibədəki zəfərləri rəşadətli və igid əsgərlərimizin qanı-canı bahasına baş vermişdir!

Müstəqil.Az bildirir ki, bu sözləri Prezidentin sabiq köməkçisi, professor Əli həsənov özünü sosial şəbəkəsindəki divarında paylaşıb. O, qeyd edib:
Bu gün rəsmi məlumat açıqlandı. Doğma yurdumuzun-Qarabağın işğaldan azad olunması uğrunda gedən 44 günlük VƏTƏN MÜHARİBƏSİNDƏ Azərbaycan Silahlı Qüvvələri 2783 nəfər hərbi qulluqçusunu itirmiş, 100 nəfər hərbçi itkin düşmüş, 1245 yaralı hərbçimiz isə hazırda müalicə olunur.
“Hər bir şəhid bizdən ötrü böyük itkidir. Onların xatirəsi hər birimiz üçün əzizdir və qəlbimizdə daim yaşayacaqdır”- söyləyirdi ümummilli lider Heydər Əliyev!
Bəli, bu gün hər bir azərbaycanlı Rəşadətli Ordumuzun fəxarətini yaşayır və şəhidlərimizin müqəddəs ruhu qarşısında məmnuniyyətlə baş əyir!
Şəhidlərimizin ruhu şad, qəbri nurlu olsun! Qazilərimizin yaraları rez sağalsın!
VƏTƏN ÖZ QƏHRƏMAN ÖVLADLARINA GÖRƏ MÖVCUDDUR!
Müstəqil.Az
Share: