Valeh Kərimov: “Onlar söyüş yox, yumorlu sözlərdir”

Valeh Kərimov: “Onlar söyüş yox, yumorlu sözlərdir”

Xalq artisti Valeh Kərimov rol aldığı “Bəxt üzüyü” filmi ilə bağlı maraqlı açıqlamalar verib.

Kulis.az xəbər verir ki, Xalq artisti bu barədə “ATV səhər”də danışıb.

V.Kərimov ekran işində mərhum Firəngiz Rəhimbəyova ilə səhnəsindən danışıb: “Mən çəkilmişəm, özümə niyə baxım? Güzgüyə başımı daramaqdan başqa vaxt da baxmıram. Başqasını izləyirəm. Oynadığım roldan yenidən izləyib ləzzət ala bilmərəm. Hamı məndən soruşur ki, o açarı niyə götürmədim? Yaxınlaşır, deyirəm, bilirəm sualını. Orada söyüş yoxdur, müəllifdən gələn yumorlu sözlərdir”.

Share: