Rusiyalı müğənni Valeri Meladze ilk dəfə sosial şəbəkələrdə həyat yoldaşı, “VIA Gra” qrupunun keçmiş solisti Albina Canabaeva və üç övladı ilə fotosunu paylaşıb.
Sənətçi şəkli 44 yaşı tamam olan həyat yoldaşının ad günü şərəfinə dərc edib.
“Sabahın xeyir, sevimli Albinuşka! Ad günün mübarək”, – deyə ifaçı yazıb.
Cütlük münasibətlərini 2014-cü ildə rəsmi olaraq qeydiyyata salıb. Müğənninin qardaşının şərəfinə Konstantin adlandırılan böyük oğlunun 19, kiçik oğlu Lukanın 8, qızı Aqatanın isə 2 yaşı var.
İrina Maluxina ilə ilk evliliyindən sənətçinin daha üç övladı var. Böyük qızı İnqanın 32, ortancıl Sofiyanın 23, ən kiçik qızı Arinanın isə 20 yaşı var. Qızlar ataları ilə ünsiyyət qurur və vaxtaşırı sosial şəbəkələrdə onunla şəkil paylaşırlar.