Dünya şöhrətli rəssam Vinsent Van Qoqun (1853-1890) əsərinin eskizi 10 milyon 436 min dollara (təxminən 18 milyon manat) satılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Christie’s” hərrac evi məlumat yayıb.
Bildirilib ki, “Gənc yapon qız” adlı əsərin eskizi Nyu-Yorkda satışa çıxarılıb.
Niderlandlı rəssam bu əsərin eskizini Fransanın Arl şəhərində çəkib. Eskiz 1888-ci ilə aiddir. Əsər heyrətamiz incə toxunuşlarla, xətt və nöqtələrlə işlənib. Van Qoq yaradıcılığının novatorluğu portretdə xüsusilə əksini tapıb.
Əsərin yeni sahibinin kimliyi açıqlanmayıb.