Türkiyənin Van vilayətində 4 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) açıqlayıb.
Yeraltı təkanlar vilayətin Çaldıran bölgəsində qeydə alınıb. Zəlzələ nəticəsində dağıntı və tələfat olmayıb.