Vanetsyan: Paşinyan getsin, amma seçki olmasın!

Vanetsyan: Paşinyan getsin, amma seçki olmasın!

Nikol Paşinyan qərar qəbul etmək vəziyyətində deyil.

Müstəqil.Az xəbər verir ki, bunu Ermənistanın Vətən Partiyasının sədri Artur Vanetsyan deyib. Onun sözlərinə görə, Paşinyanın istefasını hər keçən gün bir az da gecikdirməsi ölkənin məhvinə gətirib çıxarır.

O, Ermənistanın növbədənkənar parlament seçkisi keçirməməsi gərəkdiyini, çünki ölkədə ciddi problemlərin olduğunu bildirib:

“Ciddi təhlükəsizlik problemləri, dəhşətli iqtisadi situasiya, səhiyyə böhranı var. Bu üç problemi çox sürətli həll etmək lazımdır. Həll edilməsi tələb edilən ən vacib məsələ əsirlərin geri qaytarılmasıdır. Bu problemlər həll edilmədən Ermənistanda növbədənkənar parlament seçkisi keçirmək mümkün deyil”.

Share: