““Vaqner” özəl hərbi şirkəti hüquqi cəhətdən mövcud deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Kommersant” qəzetinə müsahibəsində deyib.
Putin jurnalistin “Vaqner” özəl hərbi şirkətinin hərbi vahid olaraq qalıb-qalmayacağı sualını da cavablandırıb:
“Rusiyada özəl hərbi şirkətlər haqqında qanun yoxdur, çünki bu təşkilat “mövcud deyil”. Bir qrup var, amma qanuni olaraq yoxdur! Bu, real leqallaşma ilə bağlı ayrıca məsələdir. Bu, Dövlət Dumasında, hökumətdə müzakirə edilməli olan məsələdir. Mürəkkəb məsələdir”.