Bu gün tanınmış şair Əhməd Oğuzun anım günüdür.
Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsi çərçivəsində onun “Var olsun ayrılıqları” şeirini təqdim edir.
Suyumuz başdan bulandı;
Kor olsun ayrılıqları.
Göz yaşıyla durularsa,
Durulsun ayrılıqları.
Nә çәkdim bu yaşa kimi,
İndi sevmәk peşә kimi.
Sal әlindәn şüşә kimi,
Qırılsın ayrılıqları.
Mәni yerimdәn oynatdı,
Oydu, içimi göynәtdi.
Yenidәn sevmәk öyrәtdi –
Var olsun ayrılıqları…