Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edilib. Bu barədə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.
Fərmana əsasən, Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, Zahid Əjdər oğlu Gözəlov isə daxili işlər nazirinin müavini təyin ediliblər.
Xatırladaq ki, İsmayılov bir neçə aydır nazir vəzifəsini icra edirdi.
Ötən ilin noyabr ayında Vasif Talıbov Naxçıvanın daxili işlər naziri, general-leytenant Fazil Ələkbərovu vəzifəsindən azad edərək təqaüdə göndərmişdi.
Müstəqil.Az