Vatsapa giriş bərpa olundu — Yenilənib

Vatsapa giriş bərpa olundu — Yenilənib

11:36

“Meta” şirkətinə məxsus olan vatsap mesencerinin fəaliyyətində problem yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda istifadəçilər mesencer vasitəsilə mesaj göndərə bilmirlər.

Azərbaycanla yanaşı, dünyanın əksər ölkələrində də istifadəçilər mesencerdə mesaj göndərməyin mümkün olmadığından şikayətlənirlər. Hələlik şirkət bununla bağlı rəsmi açıqlama yaymayıb. 

***

12:23

Problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:

“Hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir. “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır”.

***

12:54

Vatsapdakı problem aradan qaldırılıb.


Share: