Android qurğularının sahibləri Vatsap hesablarına “fleş-zəng” vasitəsilə daxil ola biləcəklər.
Müstəqil.az xəbər verir ki, bu barədə “Webetainfo” məlumat yayıb.
Hazırda mesencerdə hesaba daxil olmaq üçün SMS-paroldan istifadə olunur – smartfona birdəfəlik şifrə gəlir.
Yeni funksiya işə düşəndən sonra telefona zəng gələcək, amma ona cavab vermək lazım olmayacaq – tətbiq bunu müstəqil şəkildə özü edəcək. Bunun üçün o, zənglərin tarixçəsinə əlçatanalığın təmin olunmasını istəyəcək.
Yenilik iOS-da əlçatan olmayacaq, çünki bu əməliyyat sistemində tətbiqlər zənglərin tarixçəsinə müdaxilə edə bilmirlər.(Publika.az)