Mübariz Mənsimova qarşı kampaniya haradan qaynaqlanır – iş adamlarını küsdürürlər

Mübariz Mənsimova qarşı kampaniya haradan qaynaqlanır – iş adamlarını küsdürürlər

Türkiyədə yaşayan, Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi başqanı, İstanbudakı Mübariz İbrahimov adına məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-ssenarist Aygün Həsənoğlu ilə sosial şəbəkə üzərində həmsöhbət olduq. Xanım əfəndimiz  suallarımıza cavab verdi:

– Aygün xanım, Türkiyədə yaşayan azərbaycanlıların problemləri ilə qarşı-qarşıyasınız. Azərbaycanlıların sənədlərini verilməsində problem davam edir?

-Ümumiyyətlə götürəndə, problem hələ də davam edir. Amma az da olsa, irəliləmə var.  Amma çox yavaş gedir. Ümid edirəm ki, Miqrasiya Komitəsi də pasportsuz və şəxsiyyəti vəsiqəsi olmayan vətəndaşlarımızın da sənəd problemini həll edəcək. Bir işçi qrupu göndərib burada həll etməlidirlər.

-Siz Azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsində olmuşdunuz. Bu gün yenə Azərbaycan mediasında, müstəqil youtube kanallarında Mübariz Mənsimovun fetoçu olması, Fetoya mal varlığı dəstək verməsi barədə  iddia yayılıb. Bu iddia nə dərəcədə doğru ola bilər?

-Əgər Mübariz Mənsimov FETO-ya mal varlığı ilə dəstək ermiş olsaydı, indi azadlıqda, işinin başında olmazdı və “Palmali” şirkəti də çoxdan bağlanmışdı. Əgər Mübariz bəy işinin başındadırsa və Opalmali fəliyyət göstərirsə, demək bu qaralama kampaniyasının bu iddiası əsassızdır. Nəhayət, məntiqlə soruşuram: Mübariz bəy məgər o gün İstanbulda uçan təyyarələri Mübariz bəy qaldırmışdı? Yoxsa o fetoçuları dövlət qurumlarına Mübariz bəy yerləşdirmişdi? Bu, ona bənzəyir ki, mənə desinlər ki, niyə sovet dövründə sovet institunda oxumusan, niyə partiya tarixi fənni keçmisən…  Türkiyədə 15 iyul hadisəsinə qədər Fətullah Gülənlə əlaqədə olmayan çox az nazir var. Təsəsvvür edin ki, Mübariz bəyi Gülənə təyyarə ilə həkim göndərməsində də günahlandırırlar. Amma hekimi heç günahlandıran yoxdur.

-Mübariz Mənsimovu şəhidlərin adından istifadə etməkdə də günahlandıranlar var.

-Günahlandırmaq istəyənlər üşün. Bu, sadəcə bəhanədir. Onda Azərbaycanda dahilərin də adından da istifadə edilməsin, hərə bir dahinin adına mükafat verir özündən. Dahilərin də adlarından da istifadə etməsinlər. “Qarabağ, Şuşa, Xarı bülbül, Turan” adlarından da istifadə etməsinlər. Mənim fikrimcə, gəmilərə şəhid adlarının verilməsi təqdir olunmalıdır. Çünki bu gəmilər okeanları keçib xarici ölkələrin limanlarına yaxınlaşır, orada qeydiyata alınır. Düşünün ki, məsələn, İtaliyada bir limanın qeydiyyat dəftərində “Polad Həşimov” gəmisinin adı var. Bu, həm də tarixdir. Mən şəhid adlarının gəmilərə, qatarlara, keçidlərə, küçələrə, körpülərə,  məktəblərə, bulaqlara, hətta ağaclara verilməsinin tərəfdarıyam. İstəyirəm ki, 44 günlük savaşda alınmış yüksəkliklərə də onları uğrunda şəhid olmuş qəhrəmanların adları verilsin.

-Sizcə bu etiraz sadəcə şəhidlərin haqqını qorumaq üçündür, yoxsa bir kampaniyadır?

-Kampaniya olduğunu düşünürəm. Xüsusilə də Rusiyanın Azərbaycanlı iş adamlarını Türkiyəyə güzəştə getmək istəmədiyini də bilirəm. Bu kampaniyanın Türkiyədə bir  rus firmasının gəmi daşımaçılıq şirkəti qurması ilə üst-üstə düşməsi də diqqət çəkəndir. Təəssüf doğuran oldur ki, vətənpərvər, milliyyətçi kimi bildiyimiz insanlar da bəlkə özləri də bilmədən bu kampaniyaya alət olurlar.

-Bəs sizcə Mübariz bəyin gəmisində narkotuk maddə daşınması barədə fikir doğru ola bilərmi?

Bir 2 nəfər və mətn şəkili ola bilər

-Məncə əvvəl məlumatın mənbəyini araşdırmaq lazımdır. Azərbaycanda hansısa bir jurnalistə, yaxud hansısa şəxsə bu məlumatı kim verib? Məncə elə bu da cavabı özü doğurucaqdır. Mən Mübariz bəyin gəmisində olmamışam, nə daşındığını da bilmirəm. Amma konkret fakt olmayan bir fikri müzakirə etməyi də lazım bilmirəm. Onu da deyim ki, vaxtilə Mübariz bəy üçün görüşmək istəyib görüşə bilməyən biri də facebookda belə bir iddia irəli sürmüşdü. O da sadəcə söz atmışdı ortaya, dəlil yox. “Polad Həşimov”  gəmisinin açılış videosuna baxanda o adamı açılışda gördüm. Belələri hər yerdə var: Pul ala bilməyəndə iftira atarlar.

Şartlı tahliyeyle serbest kalan Mübariz Mansimov yeni bir gemiyi daha suya indirdi | A3 Haber

 –Mübariz bəyin erməni ilə iş birliyi məsələsi nədir?

-“Palmali” şirkətinin 45 minə qədər işçisi var, xeyli də şirkətləri. Amma holdinqlərin kəşfiyyat idarəsi olmur. Sizə elə gləmirmi ki, əgər həqiqətən belə bir erməni varsa, bu bir qurama ola bilər?  Bu məlumat Türkiyədə yalnız bir saytda gedib. Türkiyədə əgər bir məlumat böyük xəbər agentliklərin tərəfindən yayılmayıbsa, o xəbərə kimsə inanmaz, kimsə də əhəmiyyət verməz.

-Mübariz bəyin şirkətinin iflasa uğradığını deyirdilər. Bu doğrudur?

-Mətbuatdan öyrəndiyimə görə, “Palmalİ” müəyyən itkilərlə qarşı-qarşıya qaldı. Amma böyük şirkətlərin fəaliyyətində bu, normaldır. Milyonlara borcu olan milyonlarla nəhəng şirkətlər var. Amma “Palmali” heç vaxt fəaliyyətini dayandırmadı. Bir sahədən digərinə keçə bilər, amma bu gün yeni layihələrlə meydanda olduğu ortadadır.

-Bəs Mübariz bəyi siyasətə qarışdığını deyənlər nə dərəcədə haqlıdırlar?

-Nə dərəcədə haqlı olduqlarını deyə bilmərəm. Çünki heç kimin ürəyindəkiləri oxumaq kimi bir qabiliyyətim yoxdur. Amma Mübariz bəyin belə bir iddiada olduğunu eşitməmişəm. O, özü dövlət kimi bir şirkətin prezidenti deyilmi? Nəyinə lazımdır belə qarmaqrışıq siyasi mühit?

-Siz müsahibənizdə “Mən prezident olmaq istəyirəm,” demisiniz?

-Deyə bilərəm. Yaşı uyğun olan hər bir Azərbaycan vətəndaşı prezident olmaq istəyə bilər. Bu, qanunla qadağan deyil. Xüsusilə, mənim kimi dəfələrlə prezidentə müraciət edib ona əli çatmayan vətəndaş prezidentlik iddiasında ola bilər.

 –Siyasi partiya üzvüsünüz?

-Üzv olacağım siyasi partiya yoxdur. Qərarlarına təsir edə bilmədiyim bir partiyaya üzv olmaram. Ümumiyyətlə, siyasətlə məşğul olmağa vaxtım da yoxdur. Yazıçı siyasətçilər yetişdirə bilən əsərlər yazmalıdır. Mən də bu yolu seçmişəm. Siyasətlə məşğul olmaq istəyənlər mənim “Şahlıq dərisi”, “Hər kəsin öz nəğməsi”, “Mağara, “Kölgə” pyeslərimi, “Qatar” kimi hekayələrimi oxusunlar.

 –Siz dövlətdən mənzil və ya təqaüd almayan, amma ortaya xeyli əsər qoyan yazıçısınız. Niyə sizə heç bir dəstək verilmədi?

-Bunu dəstək verməyənlərdən soruşmaq lazımdır. Görünür məni təqim edən olmayıb. Təqdim olunmağın da şərtləri var axı. O şərtlərə uyğun gəlməmişəm yəqin. Bu gün əlimdə 7 roman, 2000 səhifəyə yaxın kino və cizgi film ssenariləri, 50-yə qədər pyes, 200-ə yaxın hekayə, ümumiyyətlə, 30-a qədər kitab var. Ən məhsuldar yazıçı olmuşam. Bunların da böyük qismi Azərbaycan tarixi ilə bağlıdır. İndi isə digər mövzulardakı əsərlərimlə məşğulam. Ən son 8 ədəd uşaq kitabı hazırladım, ortaya qoydum.  Mən yazıçı kimi öz vəzifəmi yerinə yetirmişəm. Mənə münasibətdə öz vəzifələrini yerinə yetirməyən məmurlar utansınlar. İş adamlarımızı da məmurlar küsdürüb, bezdirib uzaqlaşdırırlar. Nəticəsi də budur ki, Azərbaycanda bu günə qədər Qarabağ, Xocalı mövzusunda, Mübariz İbrahimov haqqında, nəhayət, Zəfər müharibəsi haqqında bir normal əsər, film yoxdur ki, dünyaya çıxsın.  Qarabağ atının Qarabağ həsrəti ilə bağlı ssenarim var. Xocalı ilə bağlı, Hacı Zeynalabdin Tağıyevin Türk xalqına yardımları ilə bağlı ssenarilərim var. Maliyyələşdirən yoxdur. Avropanın maraqlarına xidmət edən əsərlər yazsaydım, Nobel alardım. Amma ən gözəl əsər təqdim etsəm də, mənə “Nobel” verməzlər. Erməni məsələsi və Qarabağ mövzusundakı əsərlərimə görə. Mənim kimi yazıçılar hər şeydən məhrumdurlar-dövlət dəstəyindən də, iş adamlarının dəstəyindən də, qərb-Avropa fondlarının dəstəyindən də. Bir qələmimiz var.

Faiq Balabəyli

 

Share: