Veteran cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək

Veteran cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək

Fevralın 24-də veteran cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində gerçəkləşəcək yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Yarışda 100-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Ölkə çempionatının keçirilməsində əsas məqsəd usta cüdoçuların veteranlardan ibarət milli komandaya cəlb olunması ilə yanaşı, gənc nəsilə örnək olaraq sağlam həyat tərzinin təbliği, təcrübəli idmançıların bacarıqlarının reallaşdırılması və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.

Yarış saat 10:00-da başlayacaq.

Share: