VHP-çi gənclər özlərinə yeni sədr seçdilər.
Müstəqil.Az xəbər verir ki, dünən “Vətəndaş Həmrəyliyi Partiyasının” (VHP) Gənclər Təşkilatının növbədənkənar onlayn konfransı keçirilib. Konfransda təşkilati məsələlərə baxıb. Təşkilatın sədr əvəzi Xantural Şərəfxanlının ötən müddət ərzində fəaliyyət barədə hesabatı dinlənilib. NTK sədrinin də hesabatı dinlənildikdən sonra təşkilati məsələlərin müzakirəsi keçirilib. Təşkilatın 9 nəfərdən ibarət məclisi və 3 nəfərlik təftiş qrupu seçilib. Sonda açıq səsvermə nəticəsində Yusif Xantemir Gənclər Təşkilatının sədri seçilib.
Müstəqil.Az