VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Vətəndaş Həmrəyliyi Partiyasının 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Gülnar Hüseynova Ucar şəhərində Gənclər Evinin qarşısındakı meydanda seçicilərlə görüşüb. Əvvəlcə şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsi yad edilib.

VHP-nin səlahiyyətli nümayəndəsi Aysel Səfərli yığıncağı açıq elan edərək namizəd barədə məlumat verib, VHP-nin fəaliyyəti, seçki platforması və partiyanın Milli Məclisdəki fəaliyyətindən danışıb.
VHP-nin 94 saylı Ucar seçki dairəsindən depitatlığa namizədi Gülnar Hüseynova çıxış edərək öz plarforması, Ucarın problemləri, seçiləcəyi təqdirdə qarşıda duran vəzifələrdən geniş danışıb. Seçicilərin suallarına cavab verib, onları dinləyib.

Share: