Ali təhsil müəssisələrində “Azərbaycan tarixi” fənninin saatının azaldılması tarixçci alimlərin etirazına səbəb olub. Bir qrup tarixçi Təhsil Nazirliyinə müraciətində ali məktəblərdə “Azərbaycan tarixi” dərslərinin ixtisar edilməsinə yönəlmiş siyasətinə yenidən nəzərdən keçirməsini tələb edib.
Məsələyə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli də reaksiya verib.
VHP rəsmisi Musavat.com-a deyib ki, ali məktəblərin tədris proqramında Azərbaycan tarixinə münasibət təəssüf doğurur:
“Azərbaycan tarixinin sovet dönəmindən qalan problemləri, yanlısş yanaşmalar, düzgün olmayan qarşıdurmalar tam aradan qalxmadan ali təhsil müəssisələrində “Azərbaycan tarixi” fənninin tədrisinin azaldılması basşqa bir problem yaradır.
2020-2021-ci illər üçün tədris planında “Azərbaycan tarixi” fənninin dərs saatlarının tarix fakültələrində 315 saatdan 210 saata, qeyri-tarix fakültələrində 120 saatdan 60 saata qədər azaldılması nəzərdə tutulur. Unutmayaq ki, istənilən sahə üzrə yetişdirilən mütəxəssis, ilk növbədə, bu millətə bağlılığı ilə faydalı ola bilər. Spartakı sevib Babəki bilməyən, Eynşteyndən danışıb Tusini tanımayan, Bethoveni dinləyib Üzeyir bəyi duymayan ən mükəmməl mütəxəssis belə milli dövlətçiliyə xidmət edə bilməz”.
S.Əsədli bidirib ki, ali məktəblərdə “Azərbaycan tarixi”nin “Müasir Azərbaycan dövlətçiliyi tarixi” kursu ilə əvəz edilməsi yanlışdır: “Bu, təhsilin siyasiləşdirilməsi, kadrların milliləşdirilməsindən daha cçox qrup siyasi maraqları yönündə yetişdirilməsini göstərir”.
Emil Salamoğlu
Musavat.com