Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum dəf edilərkən Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına şəhid olub, iki nəfər isə yaralanıb. Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Hər hansı səfirliyin təhlükəsizliyinin təmin edilməsi səfirliyin yerləşdiyi ölkənin borcudur.
Müstəqil.Az xəvər verir ki, bu barədə VHP-nin Tehrandakı səfirliyimizə terror hücumu ilə bağlı yaydığı bəyanatında bildirilir.
Vətəndaş Həmrəyliyi Partiyası baş vermiş hadisəni qətiyyətlə pisləyir, dövlətimizin qorunması yolunda şəhid olan soydaşımızın yaxınlarına dərin hüznlə başsağlığı veririr. İranın son vaxtlar Azərbaycana qarşı sərgilədiyi destruktiv mövqeyi ilə paralel bu hücumu təsadüfi hesab etmirik. Bununla bərabər terror hadisəsinin İran hökuməti ilə hər hansı bağlılığının olmadığına inanmaq istərdik. Biz eyni zamanda hadisədə 3-cü dövlətin barmağı olmağını istisna etmirik. Teror aktı ən yaxın vaxtda araşdırılmalı, terrorçular cəzalanmalı və İran hökuməti bundan sonra Azərbaycana qarşı dostluq və qarşılıqlı əməkdaşlığa söykənən münasibət göstərməlidir.
Müstəqil.Az