VHP “Pasxa bayramı” münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

VHP “Pasxa bayramı” münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)  “Pasxa bayramı” münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

Müstəqil.Az xəbər verir ki, bu haqda Partiyanın İctimaiyyətlə əlaqələr şöbəsi məlumay yayıb.

Partiyanın təbrikində deyilir:
“Bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün milli azlıqları, o cümlədən pravoslav xristianlar ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, Azərbaycan dövlətinin inkişafında fəallıq nümayiş etdirirlər. Azərbaycan vətəndaşı adını layiqincə təmsil edən ölkəmizdə yaşayan provaslav xritian icması üzvlərini Pasxa bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik.
Pasxa bayramı insanlar üçün gələcəyə inamla baxmaq kimi bir əhəmiyyət kəsb edir. Pasxa yaxşılığı və sevgini təcəssüm etdirən böyük mənəvi əhəmiyyətə malikdir. O insanlarda inam, ümid yaradır, yaxşı işlər görməyə, yaxınlarına kömək etməyə həvəsləndirir.  Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Qoy bu bayram dünyamızın çətin günlərində insanlara sevinc, ailələrə xeyir-bərəkət gətirsin.
Bir daha sizləri təbrik edirik. Bayramınız mübarək olsun!”.

Müstəqil.Az

Share: