Məlum olduğu kimi İranın dini lideri Əli Xamneyi şəxsi “Twitter” səhifəsində etdiyi paylaşımda Ermənistan-İran sərhədinin bağlana biləcəyindən narahatlığını bildirib.
“Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Amma əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur”,- deyə Əli Xamneyi yazıb.
İran rəhbərinin bu açıqlaması rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünün bərpasından narahatlığını bir daha təsdiq edir.
Bununla bağlı fikirlərini bildirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı təhdid dolu bəyanatlar səsləndirən İran rəsmiləri bölgədə yaranmış yeni geosiyasi reallıqları qəbul etmədiklərini bildirib:”Azərbaycanın Ermənistanla İran arasını bloklamaq niyyəti yoxdur, sadəcə koridor açıb, yol açıb Naxçıvana gedib-gəlmək işini asanlaşdırmaq istəyir, yəni İran yeni siyasi reallığı və baş verənlərdə fərqi gərək başa düşsün. Bu şəxs İranın dini rəhbəri kimi həm də dövlətin birinci şəxsi sayılır. Ona görə belə bir statusda olan adam bilməlidir ki, yeni kommunikasiya xətti başqa, bloklamaq ayrı şeydi. Biz ermənistanla iranın sərhədini bağlamaq niyyəti güdmürük”.
S.Rüstəmxanlı Xamneyinin daha bir fikrinə etiraz edərək bildirib ki, min illər ifadəsi başdan başa cfəngiyyatdır:”Min illər Ermənistan olub ? Bəlkə orda Ermənistan dövləti olub ? Bu məsələdə çox böyük yalnışlığa yol verir. Ermənistan 18-ci yüz ildən bəri mövcud olan süni qondarma dövlətdir. İranın uzun illər ermənistanı zorla süni yolla nəfəs verib saxladığı da hərkəsə məlumdur. Açılan koridor əslində İranın da xeyrinədir, çünki Naxçıvan üzərindən həm də, dəmir yolu Təbrizə və digər güşələrinə gedəcək. İranın özünün də şimal əraziləri ilə əlaqələri möhkəmlənəcək. Bu cür yanaşma doğru deyil. Bəlkə İranın niyyəti odur ki, Arazdan atlayıb İran üzərindən keçən yükləri nəzarətində saxlasın. Bu 30 ildə İran bunu edə bilərdi Azərbaycana böyük qardaşlıq yardımı etmiş olardı, təəsüf ki, indi onu eləmirlər. İndi Zəngəzur dəhlizinin açılması reallaşanda İran belə bir təkliflə çıxış elədi ama oda nə dərəcədə realdır onu bilmirik. Ümumiyyətlə İranın xristian ölkəsi olan Ermənistanı himayədarlıq etməsi və ona qan qardaşı, qan qohumu sayması anlaşılan birşey deyil. İranın bütün dini q dövlətinin əslində siyasiləşdiyini və bütün islam aləminə ancaq öz fars marağı ilə yanaşdığını bir daha nümayiş etdirir. Çox təəsüfki hətta Türkiyə Cumhuriyyətinin çox hörmətli cumhurbaşqanı Rəcəb Tayib Ərdoğanla görüşündə də bu münasibət hiss olundu”.