“Victoria Beckham” dəb evinin 53,9 milyon funt sterlinq borcu var

“Victoria Beckham” dəb evinin 53,9 milyon funt sterlinq borcu var

Geyim və kosmetika istehsalı ilə məşğul olan və keçmiş müğənni Viktoriya Bekhemə məxsus dəb brendinin borclarının məbləği 53,9 milyon funt sterlinq təşkil edib.

Məlumata görə, 2020-ci ildə bu rəqəm 6,6 milyon funt-sterlinq, 2019-cu ildə isə 15,6 milyon funt-sterlinq təşkil edib.

Maliyyə itkiləri koronavirus pandemiyası ilə izah edilib.

Eyni zamanda, Devid və Viktoriya Bekhemin şəxsi sərvəti artıb. 2020-ci ildə cütlük 15 milyon funt-sterlinq gəlir qazanıb və 2,5 milyon funt-sterlinq vergi ödəyib.

Mənbə: gaztea.ru

Share: