Məlumdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov 13 il azadlıqdan məhrum edilmişdi.
Bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsinin Hakimlər Kollegiyası Vidadi Zeynalovun cəzasını 13 ildən 4 ilə endirdi və üstəlik onun əmlakına qoyulan həbsi aradan qaldırdı.
Bu gün NUH.az-a daxil olan məlumata görə, Vidadi Zeynalov yaxın vaxtlarda azadlığa çıxacaq.
Görəsən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri 13 il həbs qərarını hansı əsasla çıxartmışdılar ?
Yaxud Bakı Apellyasiya Məhkəməsinin Hakimlər Kollegiyası 13 il həbs cəzasını hansı məntiqlə 4 ilə endirdi?