“Virgin Galactic” kosmik turistlərlə uçuşları yenidən təxirə salıb

“Virgin Galactic” kosmik turistlərlə uçuşları yenidən təxirə salıb

ABŞ-ın “Virgin Galactic” şirkəti özünün “SpaceShipTwo” suborbital gəmisinin kommersiya uçuşlarını yenidən təxirə salıb.

Hazırda şirkət 2023-cü ilin ikinci rübündə uçuşlara başlamağı planlaşdırır.

Məlumata görə, gecikmə “WhiteKnightTwo” daşıyıcı təyyarəsinin təmirinin nəzərdə tutulduğundan daha uzun çəkməsi ilə bağlıdır.

Bundan əlavə, uçuşlara xidmət edəcək kadrların işə qəbulu ilə bağlı problemlər hələ də qalmaqdadır. Bu günə kimi mövcud 1000 biletdən 800-dən çoxu alınıb. Son 100 yerin özəl və dövlət tədqiqatçıları üçün ayrılacağı gözlənilir.

Qeyd edək ki, “Virgin Galactic” ilə uçuş biletinin qiyməti 450 min dollardır. Bu məbləğin üçdə biri dərhal əvvəlcədən ödənilməlidir.

Mənbə: rbc.ua

Share: