Vitas iki ilə qədər həbs oluna bilər

Vitas iki ilə qədər həbs oluna bilər

Rusiyalı müğənni Vitası Moskvadakı karaoke klubunda dava saldığı üçün iki ilə qədər həbs cəzası gözləyir.

Sənətçinin vəkili Sergey Jorin açıqlamasında bildirib ki, Vitas Rusiya Federasiyası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsinin ikinci hissəsi ilə ittiham olunur. Belə ki, o, münaqişə zəminində klubun ziyarətçilərindən birinə qaz balonu ilə hücum edib.

Vəkilin sözlərinə görə, paytaxt müəssisəsində münaqişə Vitasın həyat yoldaşının müdafiəsinə qalxması səbəbindən baş verib.

Jorin hesab edir ki, Vitas “ləyaqətlə davranıb” və onun qanunu pozub-pozmadığına məhkəmə qərar verəcək.

Mənbə: TASS

Share: