Vitse-prezidentə hücum edildi – Cangüdən öldü, yaralılar var

Əfqanıstanda taliblər ölkə vitse-prezidenti Rəşid Dustumun maşın karvanına hücum ediblər.

Məlumata görə, hadisə nəticəsində bir cangüdən həlak olub, daha iki nəfər isə yaralanıb.

Bu barədə Rəşid Dostumun özü məlumat verib.

Hücum şənbə günü səhər Dustumun maşın karvanının Mezari Şerifdən Sibirgan əyalətinə yollanarkən baş verib. Hadisə nəticəsində birinci vitse-prezident xəsarət almayıb.

Taliban isə hücum nəticəsində dörd cangüdənin öldürüldüyünü iddia etdi.

Share: