Serbiya Prezidenti Aleksandr Vuçiç Ukraynanı dost dövlət hesab etdiyini deyib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “TASS” yayıb.
“Ukrayna bizim üçün dost ölkədir. Serb xalqı Ukrayna xalqı ilə həmrəydir. Lakin Serbiya Rusiya Federasiyasına da düşmən münasibət və ya hərəkət göstərmək istəmir. Biz sülh istəyirik”, – Vuçiç vurğulayıb.
Serbiya Prezidenti ölkəsinin xarici təzyiqlərə baxmayaraq, kompromislərə getməyə və sülhü qorumağa hazır olduğunu bildirib.